ABŞ kəşfiyyatından müharibə PROQNOZU: “Putinin xəbəri yoxdur, amma...”
4-12-2022, 18:37

Ötən ay qoşunlarını Xersondan çıxaran Rusiya Donetsk bölgəsindəki Bahmut və Soledarda şiddətli hücumlarını davam etdirir. Müharibənin 9 ay geridə qaldığı bir vaxtda ABŞ-da kəşfiyyat rəsmiləri mühüm bir məqama diqqət çəkərək müharibənin gedişatını açıqlayıblar.

AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, doqquz ay davam edən müharibəni qiymətləndirən ABŞ kəşfiyyatı Ukraynada münaqişənin səngiməyə başladığını və bunun qarşıdakı qış aylarında da davam edəcəyini düşünür. Milli Kəşfiyyat Direktoru Avril Haines Rusiya və Ukrayna qüvvələrinin yazda əks-hücum üçün "təmir, təchizat və yenidən konfiqurasiya edəcəklərini" söyləyib.

Rusiyanın keçən ay qoşunlarını Xerson bölgəsinin qərbindən çıxardıqdan sonra döyüşlərin səngidiyini bildirən Haynes deyib:

"Biz artıq münaqişənin intensivliyinin azaldığını görürük və ümid edirik ki, yaxın aylarda bunu görəcəyik".

Hayns həm Ukrayna, həm də Rusiya ordusunun qışdan sonra  əks-hücuma hazırlaşmaq istəyəcəyini bildirib və əlavə edib:

"Ancaq rusların həqiqətən də buna hazır olub-olmayacağına dair ciddi şübhələrimiz var".

Haynes qeyd edib ki, ABŞ kəşfiyyatı Rusiya prezidenti Vladimir Putinin indiki mərhələdə ordusunun nə qədər çətin durumda olduğunu tam şəkildə görə bilmir.

"Mənəviyyat, təchizat, logistika və qarşılaşdıqları bir sıra problemlər səbəbindən döyüş sursatı çatışmazlığını açıqca görürük" deyib.






up