Bayden Suriyaya qarşı sanksiyaları daha bir il uzatdı
9-05-2022, 20:20

ABŞ Prezidenti Cozef Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.

Məlumat Ağ Evin rəsmi sənədlər toplusunda dərc edilib.

Söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin Amerika mallarının müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

"Suriya rejiminin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün son dərəcə təhdiddir. Bununla əlaqədar 2004-cü il mayın 11-də elan edilmiş sanksiyaları daha bir il müddətinə uzadıram”, - sənəddə deyilir.





DİGƏR XƏBƏRLƏR
up