Kiyev işıqsız və susuz qalıb
24-11-2022, 12:06

Kiyevin 70 faizində elktrik yoxdur.

AZİNFORM.AZ-ın məlumatına görə, Kiyev şəhərinin meri Vitali Kliçko belə deyib: “Paytaxtın bir hissəsi hələ də susuz qalıb, lakin günortadan sonra vəziyyət yaxşılaşacaq. Artıq Kiyevin sol sahilində suyun verilməsi bərpa olunub. Günorta saatlarında sağ sahilə də su çatdırılacaq. Elektrik təchizatı ilə bağlı vəziyyət bir qədər mürəkkəbdir”.

Mer Vitali Kliçkonun sözlərinə görə, energetiklər və “Kiyevsukanal” şirkətinin mütəxəssisləri paytaxtın həyat təminatını bərpa etmək üçün bütün gecəni çalışıblar. "Energetiklər onu mümkün qədər tez bərpa etmək üçün əllərindən gələni edirlər. Lakin onlar qeyd edirlər ki, bu, Ukraynanın enerji sistemində balansın bərpasından asılı olacaq. Çünki Kiyev milli enerji sisteminin bir hissəsidir”, - mer bildirib.





up