Rusiyadan Çinə rekord səviyyədə qızıl tədarük edilib
22-11-2022, 23:07

Bu ilin oktyabrında Rusiya Çinə 124,588 milyon dollar dəyərində 2,156 ton qızıl tədarük edib.

AZİNFORM.AZ xəbər verir ki, bunu Çinin Baş Gömrük İdarəsinin məlumatları göstərir.

Bildirilib ki, bu il qızıl tədarükü 2021-ci ilin oktyabr ayı ilə müqayisədə həm çəki, həm də pul ifadəsində düz iki dəfə artıb.

Xatırladaq ki, ötən ilin oktyabrında Rusiyadan Çinə 57,686 milyon dollar dəyərində 1,015 ton qızıl ixrac edilib.

Qeyd edilib ki, oktyabr ayında qızıl tədarükü son illərin rekord göstəricidir.





up