Ukrayna qarabaşaq, düyü və yulaf ixracını məhdudlaşdırıb
8-05-2022, 14:00

Ukrayna qıtlığın qarşısını almaq üçün qarabaşaq, düyü və yulaf ixracına məhdudiyyətlər qoyub.

AZİNFORM.AZ xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər hərbi vəziyyət dövründə qüvvədə olacaq.

Martın əvvəlində Ukrayna hökuməti ixracı lisenziyalaşdırılmalı olan malların siyahısını genişləndirərək, buğda, qarğıdalı, ət və ev toyuqlarının yumurtası, günəbaxan yağı əlavə edib.

Bundan əlavə, iribuynuzlu mal-qaranın, onların ətinin, duzun, şəkərin, çovdarın, darının və yeməli ət əlavə məhsullarının ixracı üçün kvotalar tətbiq edilib.





up