Bolqarıstan prezidenti Avropanın sonu barədə xəbərdarlıq edib
8-05-2022, 17:04

“Ukrayna böhranının uzanması Avropanı ağır iqtisadi nəticələrə gətirib çıxaracaq”.

Bunu Bolqarıstan Prezidenti Rumen Radev əlavə edib.

“Bu, Avropanın iqtisadi özünü məhv etməsi demək olacaq. Biz də bu istiqamətdə gedirik”, – dövlət başçısı bildirib.

Radev Bolqarıstan parlamentini Ukraynaya hərbi-texniki yardımın göndərilməsi ilə bağlı son qərarına görə tənqid edib. O, Bolqarıstanın münaqişəyə cəlb olunmasını təhlükəli addım adlandıraraq, bu cür dəstəyin risklərinə işarə edib.





DİGƏR XƏBƏRLƏR
up