Moskva PUA istehsalına başlamaq üçün Tehranla razılığa gəlib
19-11-2022, 23:09

Moskva İran pilotsuz təyyarələrinin istehsalına başlamaq üçün Tehranla razılığa gəlib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində İranda keçirilən görüş zamanı bu razılaşmanı tamamlayıblar.

İki ölkə istehsalın aylar ərzində başlamasına imkan verə biləcək dizaynları və əsas komponentləri təhvil verməyə doğru sürətlə irəliləyir.





up