Böyük kəşf: Kleopatranın itkin məzarına gedən gizli tunel
10-11-2022, 14:06

Misirin İsgəndəriyyə şəhərində yerləşən Taposiris Magna məbədində aparılan arxeoloji qazıntılar zamanı böyük bir tapıntı kəşf edilib.

Bu, antik Misirin əfsanəvi kraliçası Kleopatranın itkin məzarına getdiyi güman edilən yeraltı tuneldir. 2000 ildən çox yaşı olan 1300 metr uzunluğundakı tunelin yerin 13 metr altında tapıldığı qeyd edilib. Qazıntılara rəhbərlik edən arxeoloq Kathleen Martinez “Qəbri açsaq, 21-ci əsrin ən böyük kəşfi olacaq” deib.

Həmçinin arxeoloji qazıntılar zamanı alebastrdan hazırlanmış Ellinizm dövrünə aid keramika qablar və iki baş heykəl tapılıb.

Tunelin bir qisminin sular altında olduğunu təsbit edən arxeoloq qrupu Taposiris Magna məbədinin təməllərinin də su altında olduğuna inandıqlarını bildirib.






up