"Mən eşitmişəm ki, rus qadınları qaynar və nəzakətli kişiləri xoşlayır" - ŞOK ETİRAF
10-11-2022, 01:03

"İlk həyat yoldaşının boyu 1, 7 metr, özündən 10 yaş kiçik olub, yalnız ərəbcə danışdığından və ünsiyyət problemlərindən cütlük ayrılıb..."

"Mən eşitmişəm ki, rus qadınları qaynar və nəzakətli kişiləri xoşlayır və sevgiləri həmişəlik olur..."

"Mən geriyə çəkilmək niyyətində deyiləm, Florida festivalında axtarışlarımı davam edəcəyəm..."

Boyu 2, 5 metr olan türkiyəli fermer dünyanın ən hündür kişisi kimi Ginnesin rekordlar Kitabına düşüb...

Dünyanın ən hündür kişisi özünə həyat yoldaşı axtarmaq üçün Türkiyədən Rusiyaya gedib, sevgisinə rast gəlməyib və ABŞ-a uçub.

AZİNFORM.AZ  xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.

39 yaşlı türkiyəli fermer Sultan Kosenin boyu 2, 5 metr təşkil edir. O, 2013-cü ildə suriyalı Merve Dibo ilə evlənib. Həyat yoldaşının boyu 1, 7 metr, özündən 10 yaş kişik olub. Bir neçə ildən sonra cütlük ayrılıb.

Kosenin sözlərinə görə, nikahda ən böyük problem ünsiyyətdə olub, çünki o, yalnız türkcə danışır, sabiq həyat yoldaşı isə yalnız ərəbcə danışıb.

Subay qalan Kosen təyyarəyə əyləşib Moskvaya uçub. O, ümid edib ki, gələcək həyat yoldaşını tapacaq və o, ona oğul və qız övladı bəxş edəcək.

Rusiyaya bir il davam edən səfərindən öncə o, bəyan edib: "Mən eşitmişəm ki, rus qadınları qaynar və nəzakətli kişiləri xoşlayır. Bu, çətin olmamalıdır! Əgər rus qadını insanı sevəcəksə, bu, həmişəlik olacaq".

Kosen ölkədə bir neçə ay keçirib, lakin nəticədə məğlubiyyətini etitaf edərək Amerikaya gedib.

Nəhəng adam bəyan edib ki, geriyə çəkilmək niyyətində deyil. Yeni həyat yoldaşı axtarışı Floridada festival zamanı davam edəcək.

"Bu, asan olmalıdır. Mən onu təmin edəcəyəm və pula ehtiyacım yoxdur", - o, deyib.

Kişi iddia edir ki, həyat yoldaşını Türkiyəyə aparmaq istəyərdi.

"Mən tarixi bir yerdə, cənub-şərqdə, lakin dənizdən xeyli uzaqda yaşayıram", - o, etiraf edib.

Kosen qiqantizmdən və akromeqaliyadan əziyyət çəkir, bu zaman hipofiz böyümə hormonunu həddən artıq ifraz edir.

Ginnesin rekordlar Kitabı onu Yer kürəsində yaşayan ən hündür adam kimi qəbul edib. /moderator.az/

AZİNFORM.AZ





up