"Zəmzəm" kəlməsi "alçaq səslə danışmaq" anlamını verir. Hz. Məhəmməd belə buyurub: "Yer üzündəki ən xeyirli su zəmzəm suyudur. Ac olanın aclığını, susuz olanın susuzluğunu yox edən möcüzəvi su odur".
AZİNFORM.AZ xəbər verir ki, "Zəm-zəm" sözü ərəbcə "dayan" mənasını verən "zome" sözündən yaranmışdır.
Əsrlər boyu haqqında danışılan, ölümsüzlüyün sirri hesab olunan zəm-zəm suyu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən araşdırılıb. Mənbəyi hələ də tapılmayan su dənizdən 80 kilometr uzaqlıqda yerləşir. Ətrafında heç bir başqa su quyusu yoxdur. Alimləri dəhşətə gətirən faktlardan biri budur ki, Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür su içdiyi quyu isə əsrlərdi qətiyyən qurumur. Bu quyuya suyun necə gəldiyi isə tam bir müəmmadır.
Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır.