DİGƏR XƏBƏRLƏR
Əfqanıstanı ələ keçirən Taliban administrasiyası qadınlarla bağlı yeni qərar qəbul edib.
AZİNFORM.AZ AFP-yə istinadla xəbər verir ki, Taliban yeni qərarı ilə əfqan qadınların burka geyinmədən ictimai yerlərdə çıxışını qadağan edib.
Əfqanıstan İslam Əmirliyinin üçüncü Ali Baş Komandanı olan və dini lider kimi tanınan və mövləvi titulu istifadə edən Hibətullah Axundzadənin elan etdiyi yeni qanuna əsasən, Əfqanıstanda qadınlar ancaq ictimai yerlərə ancaq burka geyinərək çıxa biləcəklər.
"Qadınlar bundan sonra başdan-ayağa örtən burka geyinəcəklər. Bu həm ənənəvi, həm də dini qaydalara hörmət edən bir görünüşdür" - o bildirib. /ölkə.az/