Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Türkiyənin aşağıbüdcəli “Pegasus” aviaşirkətinin reysi ilə İstanbula gedib.
AZİNFORM.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı və Boris Consonun təyyarədən fotosunu sosial şəbəkə istifadəçilərindən biri öz hesabında paylaşıb.
Məlumatda B.Consonun İstanbuldan sonra iqlimlə bağlı sammitdə iştirak etmək üçün Misirə gedəcəyi qeyd olunub.
Bununla belə, sabiq Baş nazirin Türkiyəyə səfərinin detalları açıqlanmayıb.