Əsir düşən rus əsgəri ağlayaraq şikayət etdi – VİDEO
6-11-2022, 22:42

Ukraynada əsir düşən rus döyüşcüsü Maksim Spitsinə Rusiya Silahlı Qüvvələrində xidmət şəraiti ilə bağlı sual verilərkən göz yaşlarına boğulub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Spitsin oktyabrın 3-də Rusiya ordusuna səfərbər olunduğunu deyib.

O, rus əsgərlərinə köhnə sovet silahları və Çeçen müharibəsindən qalma köhnə gülləkeçirməz jiletlər verildiyindən şikayətlənib.

Ondan Ukrayna hərbçiləri tərəfindən döyüldüyünü soruşduqda, “Yox, bizi yedizdirdilər. Siqaret çəkdik. Bizə şirniyyat, çörək, su verdilər” deyərək ağlayıb.





up