DİGƏR XƏBƏRLƏR
Nigeriyanın aviadaşıyıcıları təyyarə yanacağının bahalaşması səbəbindən mayın 9-dan etibarən fəaliyyətini dayandıracaq.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Nigeriya Aviaşirkətlər Assosiasiyası ölkənin aviasiya naziri Hadi Sirikaya ünvanladığı məktubda bildirib.
Assosiasiya qeyd edib ki, aviasiya yanacağının qiyməti durmadan artmaqda davam edir və bu, əməliyyatların davamlılığına və aviaşirkətlərin maliyyə imkanlarına böyük təzyiq göstərir.