Bayden etirazçıları axmaq adlandırdı
6-11-2022, 13:51

ABŞ Prezidenti Co Bayden ona qarşı etiraz aksiyası keçirənləri təhqir edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.

Məlumata görə, Bayden İllinoys ştatında seçkiqabağı kampaniyasında çıxışı zamanı etirazçılarla qarşılaşıb.

Etirazçılar əllərində “Sosializm pisdir” yazılmış plakatlar tutublar.

“Sosializmlə bağlı şüarlar mənim xoşuma gəlir. Mənə möhlət verin, necə də axmaqdırlar”, - Bayden bildirib.





up