Fransız model müsəlman olduğunu AÇIQLADI
5-11-2022, 21:03

Fransız model və realiti-şou ulduzu Marine el Himer İslamı qəbul etdiyini açıqlayıb.

AZİNFORM.AZ xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

"Bu anlar həyatımın ən gözəl günlərini göstərir",-deyə Marine el Himer bildirib.

Fransız model rəsmi İnstaqram hesabından hicabda Kəbəni təvaf edərkən görüntüləri ilə məsciddə Kəlmeyi-şəhadət gətirdiyi videosunu paylaşıb. El Himer atdığı bu addımın onu hər zaman Allaha doğru aparacağına ümid etdiyini dilə gətirib və bu müddət ərzində ona dəstək olan pərəstişkarlarına təşəkkür edib. Başqa bir dinə keçmənin utanılası bir şey olmadığına işarə edən Himer, ağlının, qəlbinin və ruhunun razılığı nəticəsində İslamı seçdiyini vurğulayıb.

Fransız modelin paylaşımı altında onun pərəstişkarları da bu xəbərdən məmnun olduqlarını və "əl Himerin üzü nurlandı" şərhini yazıblar.






up