Noyabrın 8-də Ay tutulması olacaq
5-11-2022, 18:49

Noyabrın 8-də bütün dünyada tam Ay tutulması müşahidə olunacaq.

AZİNFORM.AZ “BBC News” a istinadən bildirir ki, Ay Yerin kölgəsinə sürüşərkən tünd qırmızı rəngə çevriləcək.

Bu ümumilikdə 2025-ci ilə qədər sonuncu Ay tutulması olacaq.

Astroloqların “Səma şousu” adlandırdığı kainat hadisəsi Şimali və Mərkəzi Amerika, Asiya, Avstraliya, Sakit okean adaları və Cənubi Amerikanın bəzi bölgələrində gözlə görünəcək.

Ay tutulmaları Ay Yerin kölgəsinə keçdikdə baş verir. Tam Ay tutulmaları bəzən Yer atmosferinin yaratdığı rəngə görə “qanlı aylar” adlandırılır ki, bu da günəşdən gələn işığı yansıdıb onu ayın üzünə vurduğuna görədir.

NASA-nın məlumatına görə 8 noyabrdan sonra növbəti tam Ay tutulması 2025-ci il martın 14-dək təkrarlanmayacaq.

Ay Yerin kölgəsinə düşdükdə ilk olaraq qaralacaq və qırmızımtıl rəngə çevriləcək. Birləşmiş Ştatlarda Ayın tam olaraq Yerin kölgəsinə bürünməsi təxminən bir saat yarım görünəcək.

Ay şərq gündüz vaxtı ilə saat 3:02-də Yerin kölgəsinin xarici hissəsinə daxil olmağa başlayacaq.

NASA-nın təsvirinə görə tutulma irəlilədikcə sanki Ay diskindən qismən dilimlər çıxarılır.





up