NATO: "Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq"
7-05-2022, 10:30

NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırıb.

AZİNFORM.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibinin müavini Mirça Coane “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. Artıq həftələr qalıb. Biz müharibənin mümkün eskalasiyasını gözləmirik”, - o söyləyib.

NATO rəsmisi əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məğlubiyyətdən sonra Alyansa qarşı mübarizə aparmaq istəməyəcək.





DİGƏR XƏBƏRLƏR
up