DİGƏR XƏBƏRLƏR
“Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər. Buna səbəb əsir götürülən mülki əhalinin və hərbçilərin öldürülməsi olacaq”.
AZİNFORM.AZ Ukrayna mediasına isitnadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rusiya mülki vətəndaşları və ya əsgərləri öldürərsə, biz onlarla diplomatik danışıqlar apara bilmərik”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Rusiya ilə danışıqların mümkün dayandırılmasından danışmışdı. Xüsusilə, buna səbəb Mariupolun müdafiəçilərinin məhv edilməsi göstərilmişdi. /qafqazinfo.az/