“Türkiyənin dəstəyi ilə bunu edəcəyik” - Rusiya elan etdi
31-10-2022, 10:52

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Türkiyənin dəstəyi ilə Rusiyanın yaxın 4 ayda yoxsul ölkələrə 500 min ton taxıl göndərməyə hazır olduğunu bildirib.

AZİNFORM.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazir Dmitri Patruşev mətbuata açıqlamasında deyib.

Açıqlamada bağlanmış Ukrayna limanlarından taxılın buraxılması üçün BMT-nin razılaşması çərçivəsində ixrac edilən ərzaq məhsullarının yalnız 3 faizinin ən kasıb ölkələrə, bütün göndərişlərin yarısının isə Qərb ölkələrinin payına düşdüyü açıqlanıb.

Rusiya və Ukrayna iyulun 22-də Türkiyədə BMT-nin dəstəklədiyi Qara Dəniz Taxıl Təşəbbüsünü imzaladıqdan sonra Ukraynadan qarğıdalı, buğda, günəbaxan məhsulları, arpa və soya ixrac edilib.





up