Rusiya kəşfiyyatı Almaniyada fəallaşıb
30-10-2022, 20:10

Son vaxtlar Almaniyada Rusiya və Çin də daxil olmaqla, xarici kəşfiyyat orqanlarının fəallığı artıb.

AZİNFORM.AZ xəbər verir ki, bunu Almaniya hərbi əks-kəşfiyyatının (MAD) rəhbəri Martina Rozenberq deyib.

“Dövlət tərəfindən idarə olunan kəşfiyyat orqanları məlumat əldə etmək, təsirlərini artırmaq və ölkələrinin maraqlarını təmin etmək üçün əllərində olan bütün vasitələrdən istifadə edirlər”, - Rozenberq bildirib.

Onun sözlərinə görə, Almaniyada dəfələrlə ölkənin Silahlı Qüvvələrinə məxsus obyektlərə, xüsusilə Ukrayna hərbçilərinin təlim keçdiyi təlim mərkəzlərinə casusluq cəhdləri olub.  /axar.az/





up