Ukrayna Prezidenti Kiyev şəhərinə yeni rəhbər TƏYİN ETDİ
24-10-2022, 20:51

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhər hərbi administrasiyasına yeni rəhbər təyin edib.

AZİNFORM.AZ xəbər verir ki, Zelenski bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, bu vəzifəni general-polkovnik Sergey Popko icra edəcək.

Zelenski S.Popkonun yüksək döyüş təcrübəsi sayəsində dövlət paytaxtının müdafiəsini və təhlükəsizliyini gücləndirməyə kömək edəcəyini bildirib.

Popko 2016-2019-cu illərdə Ukrayna silahlı qüvvələrinin quru qoşunlarının komandanı olub.

Qeyd edək ki, bu vəzifəni indiyə kimi Nikolay Jirnov icra edirdi.






up