Almaniyadan yeni qərar: 2023-cü ilin aprel ayınadək…
18-10-2022, 19:51

Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan enerji böhranı Almaniyanın nüvə enerjisi fəaliyyətlərini dayandırmaq planını gecikdirdi. Almaniya kansleri Olaf Şolz enerji böhranı ilə mübarizə üçün ölkədə 2023-cü ilin aprel ayına qədər 3 atom elektrik stansiyasının fəaliyyətə başlamasına göstəriş verib.

AZİNFORM.AZ xarici mediaya istinadən bildirir ki, Şolzun Nazirlər Şurasına yazdığı məktubunda 3 atom elektrik stansiyasının (İsar 2, Neckarwestheim 2 və Emsland ) 31 dekabr 2022-ci ildən 15 aprel 2023-cü il tarixinədək fəaliyyət göstərməsinə icazə verən hüquqi baza yaradılacağı deyilir.

Onu da qeyd edək ki, Almaniya hökuməti daha əvvəl üç zavoddan yalnız ikisinin gələn ilə qədər işləyəcəyinə qərar vermişdi. Bununla yanaşı Almaniyada enerjiyə qənaət üçün növbəti ilin sonunadək nüvə enerjisi fəaliyyətlərinin dayandırılması planlaşdırılırdı.





up