Kiyevdə ard-arda partlayışlar oldu - VİDEO
10-10-2022, 10:32

“Paytaxtın mərkəzində Şevçenkov rayonunda bir neçə yerdə partlayış baş verib. Bütün xidmətlər öz yerindədir və fəaliyyət göstərir”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri “UDAR” partiyasının sədri, Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Ukrayna ordusunun Kerç boğazından Krıma gedən körpünü partlatmasından sonra Rusiya cavab olaraq paytaxt Kiyev, Zaporojye və Dnepr şəhərini uzaq mənzilli raketlərlə atəşə tutub.





up