Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu
4-10-2022, 22:42

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə daha bir soydaşımız həlak olub.

Bu, Nahid İmanxan oğlu İbişov adlı zabitdir.

Xəbəri “Birlik” Odessa diaspor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu ictimailəşdirib.

Kiçik leytenant rütbəsini daşıyan, əslən Sabirabad rayonundan olan həmyerlimiz Xerson istiqamətində döyüşlərdə həyatını itirib. Valideynləri Dnepr şəhərində yaşayır.





up