Böyük Britaniyanın Baş naziri Liz Trass və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Trass söhbət zamanı Britaniyanın Ukraynaya davamlı dəstəyini ifadə edib. Baş nazir açıq şəkildə bildirib ki, Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini tanımayacaq.
Zelenski isə Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.