İspaniyada fırtına və güclü yağış həyatı iflic etdi
27-09-2022, 22:30

AZİNFORM.AZ Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, Mursiyada güclü yağış nəticəsində evinin divarı uçan 62 yaşlı kişi həyatını itirib. Şəxsin cansız meyiti evindən 300 metr uzaqda tapılıb.

Sentyabrın 24-ü axşam saatlarından etibarən ölkədə təsirli olan qeyri-sabit hava şəraiti xüsusilə Kanar adalarında həyatı iflic edərkən, Qran Kanarya, Tenerife və Lanzarote adalarında 671 uçuş ləğv edilib.

Bəzi rayonlarda hər kvadratmetrə 300 litrə qədər yağıntının düşdüyünü bildirən səlahiyyətlilərin məlumatına görə tufan və güclü yağış sabahdan etibarən ölkəni tərk etməyə başlayacaq.





up