Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi
26-09-2022, 09:00

Hollandiya polisi Belçikanın ədliyyə naziri Vinsent Van Kukkenbornu oğurlamaqda şübhəli bilinən 4 nəfəri həbs edib.

AZİNFORM.AZ xəbər verir ki, bekçikalı naziri qaçırmağı planlaşdırdığı iddia edilən dörd Hollandiya vətəndaşı polis tərəfindən yaxalanıb.

Van Kukkenborna qarşı təhlükənin nə olduğu barədə rəsmi açıqlama verilməsə də, Belçika mətbuatı narkotik dəstəsinin naziri qaçırmağı planlaşdırdığını iddia edib.

Belçika polisi şübhəlilərin Hollandiyadan ekstradisiya edilməsi üçün işə başlayıb. Bununla yanaşı, nazirin evinin qarşısındakı avtomobildə Kalaşnikov avtomatı, odlu silah və iki şüşə benzin aşkar edilib.

Şəxslər barəsində cinayət işi açılıb. Araşdırma aparılır.  /unikal/





up