İranda hicaba etiraz edən qadından şok addım - VİDEO
24-09-2022, 19:16

İranda Məhsə Əmininin ölümündən sonra başlayan etirazlar davam edir.

AZİNFORM.AZ bakupost.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə etiraz aksiyaları zamanı qadınlar hicablarını açaraq yandırmışdılar. Həmin anları əks etdirən görüntülər bütün dünyada böyük səs-küy yaratmışdı.

Bu dəfə isə iranlı qadınlardan biri daha radikal addım atıb. Belə ki, adı açıqlanmayan qadın lüt soyunaraq küçədə yeriyib və İran rejiminə etirazını bildirib.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsə Əmini adlı gənc qadını öldürməsinə etirazlar səngimir və hazırda ölkənin bir çox şəhərində nümayişlər keçirilir. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.






up