İranda Cənubi azərbaycanlı fəal həbs edildi - FOTO
23-09-2022, 20:42

Güney Azərbaycan Hərəkatının fəalı Möhsün Möhsünzadə sentyabrın 21-də Ərdəbil şəhərinin Ciral parkında İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Fəal həbs olunarkən vəhşicəsinə döyülüb və onun hara aparılması barədə dəqiq məlumat yoxdur.





up