Səfərbərlikdən qaçan rusiyalılar Gürcüstanla sərhəddə tıxac yaradıblar - VİDEO
22-09-2022, 22:42
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsələr də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb.

Məhz bu səbəbdən də, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. Qonşu ölkələrə üz tutan rusiyalılar Gürcüstanla sərhəddə tıxaca səbəb olublar.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Rusiya-Finlandiya sərhədində də analoji vəziyyətin hökm sürdüyü bildirilir.





up