“Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan-Ermənistan münaqişəsini “qarışdıra” bilər” - VİDEO
14-09-2022, 12:33

“Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasındakı münaqişəni “qarışdırmağa” cəhd edə bilər”.

AZİNFORM.AZ  xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İndiana ştatında keçirilən tədbirdə jurnalistlərə açıqlaması zamanı bildirib.

“Rusiyanın hansısa formada “qazanı qarışdırmağa”, Ukraynadan diqqəti yayındırmağa çalışması bizi həmişə narahat edir”, – deyə Blinken bildirib.

O qeyd edib ki, rəsmi Vaşinqton iki ölkə sərhədi yaxınlığında baş verən döyüşlərdən sonra münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa çağırıb.



 




up