Aparıcı maşında ayağını pəncərədən çıxaran sərnişini paylaşdı - Video
12-08-2022, 20:01

Teleaparıcı Fərid Rəsul Salyan istiqamətində hərəkətdə olarkən yolda rastlaşdığı hadisəni lentə alıb.

Aparıcı həmin anları sosial media hesabında paylaşıb. Görüntülərdə "10-VJ-891" nömrəli avtomobilin ön oturacağında əyləşən sərnişin ayağını çölə çıxartdığı diqqət çəkib.

"Havanın temperaturu 37 dərəcədir və dəhşət isti var. Arxada maraqlı bir şey görürəm. İstidəndir, nədəndir, bilmirəm, qardaşımız ayağını pəncərədən çıxarıb belə gedir. İstidəndir, olur belə şeylər" deyə, o, videoda bildirib.





up