Dənizdə boğulan bacılar nazirlik əməkdaşının övladlarıdır
21-07-2022, 14:19

Xəbər verdiyimiz kimi, Bakıda Xəzər dənizində iki bacı boğularaq ölüb.

Həmin qızlar vəzifəli şəxsin övladlarıdır. Bu haqda "Respublika" qəzetində başsağlığı yer alıb. 

Belə ki, boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızlarıdır.

Xatırladaq ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib. Dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

***

İki bacının dənizdə boğulması ilə bağlı bir sıra detalları əldə edib.

Məlum olub ki, Abdullayevlər ailəsi istirahət etmək üçün birlikdə çimərliyə gediblər. Çimərlikdə olarkən, Asəf Abdullayev çay dəmləmək qərarına gəlib və özləri ilə götürdüyü "samovar"ı qaynatmaq üçün dənizdən bir qədər aralıya çəkilib. Bu zaman Aysel və Aysun suya giriblər. Havanın küləkli olduğundan dənizdə ləpələnmə çoxalıb. Bacılar dərinliyə getməsə də, ləpə onları dənizə tərəf çəkib. Sudan çıxa bilməyən bacılar boğularaq vəfat ediblər. 

Asəf Abdullayevin Penitensiar Xidmətdə bölük rəisi olduğu bildirilir. /kriminalqafqaz.az/





up