SOCAR-ın yeni rəhbərliyində, Təchizat İdarəsində korrupsiya baş alıb gedir... imzasını açıqlamadığımız şikayətçinin yazdıqları əsasında silsilə yazılar dərc olundu və aidiyyəti üzrə hüquq mühafizə orqanlarına, eləcə də SOCAR-ın faktiki rəhbəri Rövşən Nəcəfə göndərildi. Həmin vaxt SOCAR-dakı mənbəmiz bildirdi ki, artıq bu məsələdən hamı xəbərdardır və "Təzadlar"ın yazıları nəzarətə götürülüb...
Bu gün isı Redaksiyamıza SOCAR-n təchizat İdarəsinin rəis müavini Fuad Həziyevlə bağlı ilginc informasiya daxil olub. Bildirilir ki, F. Həziyev iki gün öncə DTX əməkdaşları tərəfindən aparılıb, ancaq sonradan canını qurtara bilib. DTX əməkdaşlarının onu ziyarətinin və aparmalarının nə ilə əlaqəli olması barədə hər hansı informasiya yoxdur.
Bildirilir ki, F. Həziyev əvvəlki SOCAR rəhbərliyi ilə sıcaq münasibətləri səbəbindən özünü heç də idarə rəisinin müavini kimi yox, qurumun ən ərköyünlərindən biri kimi aparıb. Bunun da sayəsində özünə "qara gün" üçün misilsiz sərvət toplayıb. Rəis müavini hətta o qədər var-dövlətə sahib olub ki, dövlət qurumunda yüksək post tutmasına baxmayaraq qanunsuz sahibkarlıqla da məşğul ollmaqdan çəkinməyib, bir çox şirkətin təsisçisi olmağı belə özünə rəva görüb...
"MACON" MMC, "CREATE İNDUSTRY" MMC, "FİRE SAFETY CASPİAN AZERBAİJAN" MMC, "AZBEN SUPPLİES" MMC, "AZBEN İNŞAAT" MMC , "AZBENT LOGISTICS" MMC, "ASTRAVEL" MMC, "Ələsgərli N. F" Fuad Həziyevə məxsus şirkətlərin kiçik bir sıyahısıdır. Bu hələ harasıdır? İsmayıllı rayonunun Kürdmaşı kəndində Fuad müəllimin xanımı Əzizova Aytən Telman qızının təsisçisi və direktoru olduğu şərab zavodu fəaliyyət göstərirmiş. Bundan başqa İsmayıllıda bir neçə hektar torpaq sahəsində də kənd təsərrüfatı təyinatlı işlər görülürmüş. "Bakı Spirts" şirkətinin qannuni təmsilçisinin elə F. Həziyevin özünün olması isə lap əndazənin aşılmasıdır. Təsəvvür edin ki, bu cür yüksək postda olan bir şəxs qanunları heçə sayaraq sahibkarlıqla məşğul olmaqdan imtina etməyi lazım bilməyib, çünki nə zamansa qaramaskalıların "qonağ"ı ola biləcəyini ağlının ucundan da keçirməyib...
Maraqlıdır ki, F. Həziyevin şəklini axtarmaq üçün "Google"dakı axtarış sisteminə daxil olduqda onunla bağlı ötən illərdə mətbuatda getmiş ilginc yazılara rast gəlmək mümkündür. Onlardan biri hələ 2013-cü ildə yayımlanıb:
"...Bu hələ harasıdır: 2013-cü ildə, təxminən 1 ay əvvəl Neftçilər günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin növbəti təltif sərəncamına baxırıq: Həziyev Fuad Əliyar oğlu - “TƏRƏQQİ “medalı ilə təltif olunur.
Kimdir bu şəxs? Müəmmalı (saxta yolla demirik hələ) yolla müharibə veteranı vəsiqəsi əldə edib, illərlə vergidən yayınan, qaçqın kitabçası əldə edib birinci həyat yoldaşından 3 uşaqla ayrılan, lakin onların adından istifadə etməklə çoxotaqlı mənzilə sahib olan, idarəmizdə Audit departamentinin rəis müavini vəzifəsinə yiyələnən, vitse-prezidentLərdən birinin sifarişləri əsasında Neft sənayesini bərbad (haqsız kompromatlarla) vəziyyətə salan, saxta, aidiyyəti diplomlu olmayanları vəzifəyə gətirərək onları müdafiə edib qoruyan, bacarıqlı kadrları Audit aktları ilə vəzifədən kənarlaşdıraraq özlərinə sərf edən kadrlarla əvəz etdirməklə tanınan birinin bu gün belə ali təltifə layiq görülməsi dəhşətdir!"
Od yanmasa tüstü çıxmaz deyiblər. F. Həziyevin "tüstüsü"nün də tezliklə məmləkətə yayılacağı və əməllərinin ifşa olunacağı heç də uzaqda görsənmir. Bir halda ki, məsələyə DTX əməkdaşları qarışıb, deməli, onun "qara-qura" işlərlə məşğul olduğu kimsəyə sirr deyil. Çünki son illər bu quruma yeni rəhbərliyin gəlməsindən sonra çoxsaylı səs-küylü həbslərlə cəmiyyətin hüsn-rəğbətini qazanıb. Bizə gözləmək və F. Həziyevin son aqibətini izləmək qalır... /tezadlar.az/
(Davamı var)
Facebook
Вконтакте
Одноклассники
Google+