Fəzail Ağamalı 2 kilo düyü və yağ göndərdi, reklam etdi – Foto
1-06-2022, 19:56

Deputat Fəzail Ağamalı aztəminatlı ailəyə göndərdiyi sovqat sosial şəbəkələrdə ictimai qınağa səbəb olub.

Deputat seçicisi olan Salyanın Həsənli kənd sakini, çoxuşaqlı, aztəminatlı Süleymanova

Sevincin ailəsinə köməkçisi Xidmət Orucovdan ərzaq payı göndərib. Əvvəla, tənqidə səbəb deputatın özünün seçicinin ayağına getməsi deyil, köməkçisini göndərməsidir. F.Ağamalı yaxşı olardı ki, ailəyə baş çəkib vəziyyəti ilə maraqlanardı. İkincisi, göndərilən ərzaq yardımının dəyəri sosial şəbəkələrdə müzakirə olunub.

Belə ki, deputat 2 kq şəkər, 2 kq düyü, 2 kq yağ göndərib. Bunu isə özü sosial şəbəkə hesabında paylaşıb.  Yəni 2 kilo şəkər tozu, 2 kilo düyü və yağı ictimailəşdirməyə ehtiyac yox idi. Necə deyərlər, bir əlin verdiyini o biri əl bilməməlidir./reportyor.info/ 

 





up