Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.
Qarşıya qoyulan bütün siyasi, iqtisadi və sosial vəzifələr öz həllini tapıb, ölkəmizin uğurlu inkişafı davam edib.
Əminliklə deyə bilərəm ki, bütün bu nailiyyətləri mümkün edən cənab İlham Əliyev növbəti dəfə böyük səs çoxluğu ilə Prezident seçiləcək.
Çünki cənab prezident sizin rəhbərliyiniz ilə rəşadətli ordumuz bütün Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Qarabağın Azərbaycana aid olduğunu, bölünməz hissəsi olduğunu dünyaya sübut etdiniz.
Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun özünün də demiş olduğu kimi "Dünənin, bu günün və gələcəyin partiyasıdır". Bütün partiya gəncləri Sizi, Sizin siyasətinizi dəstəkləyir. Biz savadlı, təhsilli millətə çevrilmişik. Azərbaycan gəncliyi hər zaman seçilib, seçilir və seçiləcək. Yeni Azərbaycan Partiyası dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır.
Sizin apardığınız uğurlu daxili və xarici siyasət, ölkəmizin dinamik inkişafı və yüksəlişə gedən yolu, respublikamızda yaratdığınız təhlükəsizlik, sabitlik, xalqın mənafeyinin, maddi rifahının yaxşılaşdırılması üçün gördüyünüz işlər, həmçinin Azərbaycanımızın bütün dünyada artan qüdrəti bu inamımızı daha da möhkəmləndirir.
Cənab prezident sizin rəhbərliyiniz altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Xüsusi vurğulamaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan xalqı öz seçimini bir daha dəqiqləşdirdi. Əminik ki,siz yüksək səs toplayacaq, yenidən ölkəmizin Prezidenti seçiləcəksiniz.
Allah Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla
Hazırda həbsdə olan, Nicat Ocaqlı
AMİA.AZ saytının baş redaktoru və təsisçisi