Azərbaycan və Türkiyə birgə PUA İSTEHSAL EDƏCƏK - FOTO
28-04-2023, 21:02
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.






© 2021 «Azinform.AZ». Bütün hüquqlar qorunur
Azərbaycanda və dünyada baş verən ən son hadisələr, günün siyasi, iqtisadi, sosial, hərbi xəbərlərini, idman və mədəniyyət yeniliklərini Azinform.AZ-dan oxuyun.
   
   
   
   
   
Email:azinform2021@gmail.com
Mob: +99450 321 51 68

up