2023-cü il yanvarın 1-dən Türkiyədə otellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, mehmanxanalarda, düşərgələrdə və digər yerləşdirmə obyektlərində yerləşməyə görə 2% vergi tətbiq ediləcək.
AZİNFORM.AZ bu barədə “Resmi gazete”yə istinadən məlumat verir. Məlumatına görə, otellərin göstərdiyi xidmətlər verginin məbləğinə təsir etməyəcək. Həmçinin, verginin məbləği yeməklərin, asudə vaxtların keçirilməsinin, üzgüçülük hovuzunun, idman və termal zonaların mövcudluğundan asılı olmayacaq.
Yataqxana, pansionat və düşərgələrdə yaşayan tələbələr, həmçinin Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və diplomatik statusu olan beynəlxalq təşkilatların nümayəndələri vergidən azad olunacaqlar. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, cari ilin sonuna qədər ölkə 51,5 milyon turist və 46 milyard dollar turizm gəliri gözləyir. Gələn il isə Türkiyə 60 milyon turist qəbul edəcəyinə ümid edir.