ŞOK: Qarabağa silahlar daşınır, iki təyyarə də gələcək
8-11-2022, 15:00

Bu gün Azərbaycan tərəfi “sülhməramlı humanitar yardım” adı altında Laçın dəhlizi ilə Qarabağ separatçılarına silahların ötürülməsindən xəbərdar olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Məlumata görə, sülhməramlılar müvəqqəti məsuliyyət zonasına aşağıda qeyd olunan silah-sursatları çatdırıblar:

- piyada əleyhinə minalar

- tank əleyhinə minalar

- avtomatik atıcı silahlar, o cümlədən dəzgah pulemyotları

- snayper tüfəngləri

- 122 mm minaatan

- ATGM “Kornet” (10 ədəd)

- qumbaraatanlar

- portativ rabitə

- sursatlar

Bildirilib ki, adları qeyd olunan silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından gətirilib. Bu gün və sabah Erebuni hava limanına Rusiya FSB-nin daha 2 təyyarəsinin silahlarla gəlməsi gözlənilir. Bəzi silah növləri İran və Suriyadan sifariş olunub.





up