FHN-in bu əməkdaşları ilə bağlı araşdırma başladı
5-11-2022, 15:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin iki müstəntiqi barədə korrupsiya ittihamı ilə araşdırma başlayıb.

AZİNFORM.AZ əldə etdiyi məlumata görə, müstəntiqlər - Zaur İslamov və Rüfət Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.

İdarədə onların korrupsiya əməllərinə yol verməsi şübhələri ilə bağlı araşdırma aparılır.

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Əməliyyat-istintaq idarəsinin təhqiqatçıları Rüfət Nuriyev və Zaur İslamov barədə vətəndaşların şikayətləri əsasında Fövqəladə Hallar Nazirliyində araşdırma aparılıb və toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə göndərilib. /qafqazinfo.az/





up