Bakıda məktəbli qız cinsi qısnamaya məruz qalıb.
Bu barədə “avtosfer.az” saytına məktəblinin atası məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, artıq həmin şəxs saxlanılıb və araşdırmalara başlanılıb: "Cinsi qısnama iddiaları ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılır. Araşdırmanın gedişində saxlanılan şəxsin əməli törədib-törətməməsi məlum olacaq. Polis trəfindən bütün zəruri tədbirlər icra olunur".
***
Məktəb hadisə ilə bağlı məlumat yayıb. Saytımıza daxil olan həmin açıqlamanı təqdim edirik: "27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib.
Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır". |qafqazinfo.az|