Anasınının boyunbağısını geri almaq istəyən gənc SATICIYA XƏSARƏT YETİRİB
15-10-2022, 14:03

Mingəçevirdə bıçaqlanma olub.

Ağdam rayon sakini, 23 yaşlı Orxan Cəfərov 1983-cü il təvəllüdlü Maarif Əzimovun ayağına bıçaqla xəsarət yetirib. Belə ki, Orxan bir neçə gün əvvəl qızıl - zinət alqı-satqısı mağazasına anasının boyunbağını satıb. Ötən gün o, həmin boyunbağını geri almağa gəlib. 

Lakin bu vaxt satıcı ilə aralarında mübahisə yaranıb və Orxan nalayiq ifadələr işlədib. Yandakı mağazanı işlədən Maarif adlı şəxs O.Cəfərova söyüş söyməsi ilə bağlı irad tutub. Nəticədə aralarında mübahisə başlayıb və bıçaqlanma ilə nəticələnib.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo.az/





up