İranda 16 yaşlı azərbaycanlı qız öldürülüb
1-10-2022, 17:26

İranda kütləvi etiraz aksiyaları zamanı öldürülən azərbaycanlı qızın kimliyi məlum olub.

“Azad İran” teleqram kanalında Sarina İsmayılzadə adlı yeniyetmə qız xüsusi təyinatlı qüvvələr tərəfindən qətlə yetirilməsi haqqında məlumat yayılıb.

Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib. Məlumata görə, 16 yaşlı Sarin başından aldığı zərbələr nəticəsində həyatını itirib.

Bundan əvvəl 20 yaşlı azərbaycanlı Hədis Nəcəfi Kərəc şəhərindəki aksiyalarda güllənərək öldürülmüşdü. /cebheinfo.az/





up