Şəhidlərin anım vaxtı “Land Cruiser” sürücüsündən HÖRMƏTSİZLİK - VİDEO
28-09-2022, 10:08
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Dünən 44 günlük zəfər tarixinin başladığı gün idi. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd edilir. Hörmət əlaməti olaraq saat 12-də əhali tərəfindən bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilir. Avtomobil yollarından tutmuş bir çox yerlərdə hərəkət məhdudlaşdırılır. Dünən sükut zamanı sürücülərdən biri xoşagəlməz addımı ilə kameraya düşüb.

AZİNFORM.AZ avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunda baş verib. Videodan da göründüyü kimi, “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü sükutu pozaraq yolun sağına manevr etməklə hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin yolda avtomobilini saxlayaraq şəhidləri andığı bir vaxtda hər hansı şəxsin özünü yüksək nüfuzlu şəxs kimi görərək şəhidlərin ruhuna hörmətsizlik nümayiş etdirməsi qəbuledilməzdir.

Sözügedən görüntüləri təqdim edirik:






up