Overçuk: Azərbaycanla yolların açılması Ermənistana milyardlarla vəsait axını təmin edəcək
19-09-2022, 23:37
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

“Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yolu əlaqələrinin açılması Ermənistana təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin daxil olmasına şərait yaradacaq”. 

Azinform.az xəbər verir ki, bunu IX Rusiya-Ermənistan Regionlararası Forumunda Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərdə müzakirə olunan regionda nəqliyyat kommunikasiyalarının blokunun açılmasının Ermənistan iqtisadiyyatının inkişafı və yeni investisiyaların axını üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.

Baş nazirin müavini izah edib ki, Rusiya tərəfinin bu layihələrin nə ola biləcəyi barədə anlayışı var və hakimiyyət onları uzun müddətdir ki, rusiyalı iş adamları ilə müzakirə edir.





up