Fikrət Yusifov “ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində Birləşmiş Ştatlara getdi
11-09-2022, 21:47
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri professor Fikrət Yusifov  “ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsi çərçivəsində 03 sentyabr 2022-ci il tarixdə Birləşmiş Ştatlara səfərə yollanmışdır. 

Səfər çərçivəsində artıq ABŞ-ın Kaliforniya ştatının San Fransisko və Sakramento şəhərlərində tədbirlərin keçirilməsi üçün hazırlıq işlərinə başlanmış, keçiriləcək tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Azərbaycanın Los-Ancelec şəhərindəki Konsulluğu ilə əlaqələr qurulmuşdur.

Kaliforniya ştatında keçiriləcək tədbirlər çərçivəsində işlərə start verilib. İlkin olaraq tədbirlərin keçiriləcəyi məkanlarda monitorinqlər aparılıb. Daha sonra Amerika ictimayyətində fəallığı ilə seçilən şəxslərlə məsləhətləşmələr aparılıb. Azərbaycan icmasının təmsilçiləri ilə keçiriləcək tədbir barəsində müzakirələr yaqxın günlərdə baş tutacaqdır.

“Ekonomiks” Beynəlxalaq İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbərliyi  nəzərdə tutulan  tədbirlərin yüksək səviyyədə icra edilməsi və gələcəkdə daha maraqlı layihələrin bu məkanda reallaşdırıla bilməsi üçün Birləşmiş Ştatların Kaliforniya Ştatında təşkilatın nümayəndəliyinin yaradılması məsələsini nəzərdən keçirir.





up