Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü, keçmiş icra başçısı Musa Musayev bahalaşma barədə danışıb.
Qaynarinfo xəbər verir ki, keçmiş icra başçısı qiymətlərin sürətlə artdığını bildirib.
"Azərbaycanda qiymətlər kəllə-çarxa çıxıb! İstər restoranlarda , istərsə istirahət mərkəzlərində, hotellərdə, hostellərdə, istərsə də marketlərdə və bazarlarda”, - deyə Musa Musayev vurğulayıb.
Onun sözlərinə görə, rayonlarda qiymətlər Bakı ilə müqayisədə daha yüksəkdir.
"Çay dəsgahı 70 manat, 5 manatlıq toyuğun tabakası 16 manat, bir pors pendir 15 manat (pendirin kilosu 7 manatdır) və s.
Sonra da gileylənirik ki, Azərbaycana turistlər az gəlir. Mütləq qiymətlərə nəzarət qurumu və yaxud bir Agentlik yaradılmalıdır! Azərbaycan vətəndaşının səbətinə uyğun qiymətlər olmalıdır”, - keçmiş icra başçısı bildirib.
O, sonda deputatları həyəcan təbili çalmağa çağırıb:
"Atalarımızın gözəl misalı var: "Ölünü özbaşına buraxmaq olmaz!”, "Məscidin qapısı açıq olanda, itdə də bir abır-həya olmalıdır!”.
Milli Məclisin deputatları həyəcan təbili çalmalıdır!”.
Facebook
Вконтакте
Одноклассники
Google+