Xəbər verdiyimiz kimi, dünən aparıcı İlkin Həsəni həyat yoldaşını təhqir edən xanımla bağlı DİN-ə video-müraciət ünvanlayıb.
Məlum olub ki, həmin xanım dietoloq Ləman Süleymanovadır.
Azinform.az xəbər verir ki, bu gün Ləman Süleymanova da "Instagram" hesabından Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.
Dietoloq İlkin Həsəninin xanımı tərəfindən küçə söyüşləri ilə təhqir edildiyini deyib.
Qeyd edək ki, dünən aparıcı İlkin Həsəninin müraciətindən sonra DİN-in Mətbuat Xidmətindən bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.