DİGƏR XƏBƏRLƏR
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.
Agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır. / Manset.az